AZ   |   RU
Xəstə halda evdən çıxdı, məsuliyyətə cəlb olundu

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

Missiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Lək kənd sakini E. Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

  • 19-02-2022, 15:10