AZ   |   RU
Samuxda 25 yaşlı oğlan “Şəhidlər bulağı”na zərər vurduğu üçün döyülübmüş - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Samuxda 25 yaşlı oğlanın ölümcül döyülməsi ilə bağlı məlumat yayıb.

Missiya Az
xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Kolayır kənd sakini Mirzaman Əliyevin naməlum şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Dərhal Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib. Araşdırmalar zamanı məlum olub ki, rayonun Füzuli kəndində yerləşən “Şəhidlər bulağı”nın su kranını qırdığına görə  M. Əliyevi həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev döyərək müxtəlif bədən xəsarətləri yetiriblər. 
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

  • 19-02-2022, 13:26