AZ   |   RU
AMEA-nın Ümumi yığıncağı keçiriləcək

Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.

Missiya.Az xəbər verir ki, Akademiya Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Babayeva bildirib ki, hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir.

O qeyd edib ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək. Bundan sonra iclasın gündəliyi məlum olacaq.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verəcəyini açıqlayıb. O, istefa ərizəsi yazıb.

"Report"


  • 17-02-2022, 17:43