AZ   |   RU
İtaliyanın XİN rəhbəri Ukraynaya gedir

İtaliyanın xarici işlər naziri Luici Di Mayo fevralın 15-də Kiyevə səfər edəcək.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İtaliya XİNi məlumat yayıb.

“İtaliyanın Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq səyləri və böhranın diplomatik həlli axtarışları çərçivəsində xarici işlər naziri Luici Di Mayo sabah Kiyevə səfər edəcək”, - XİN-in açıqlamasında bildirilir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gündən sonra Di Mayo ilə əlaqə saxlamağı planlaşdırdığını bildirib.

  • 14-02-2022, 21:37