Bakıda yas mərasimi təşkil edən şəxs inzibati qaydada həbs edilib.
Missiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edilməsinin qarşısı alınıb.
Belə ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları həmin restoranda profilaktik tədbir keçirən zaman yas mərasimini sifariş edən A.Mehralıyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat cərimə olunub.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, mərasimi təşkil edən restoranı icarə əsasında işlədən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Həmin şəxs məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.