AZ   |   RU
Yeni Zelandiya və Avstraliya vətəndaşlarını təcili olaraq Ukraynanı tərk etməyə çağırıb
Yeni Zelandiya Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili olaraq Ukrayna ərazisini tərk etməyə çağırıb.

Missiya.Az
xəbər verir ki, nazirliyin yaydığı məlumatda bu tədbir Rusiya ilə Ukrayna arasında gərginliyin artması ilə izah edilir.

Avstraliyanın Baş naziri Skott Morrison da vətəndaşlarına oxşar müraciət edib. Avstraliya KİV-inin yazdığına görə, o, Ukraynadakı vəziyyəti çox təhlükəli adlandırıb.

Xatırladaq ki, dünən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bütün amerikalıların yaxın 24-48 saat ərzində Ukraynanı tərk etmələrini təklif edib.

  • 12-02-2022, 10:48