Avropadakı bir neçə aktiv vulkandan biri, İtaliyanın cənubundakı Etna kül və lava püskürüb.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
İtaliya mətbuatının məlumatına görə, vulkanın cənub-şərq krateri ərazisində püskürmə ötən gecə başlayıb və gecə saatlarına qədər davam edib. Kül sütunlarının hündürlüyü 10 km-ə çatıb.
Vulkan püskürməsi səbəbindən ada ətrafında uçuşlar üçün "qırmızı kod" xəbərdarlığı edib.
Siciliya adasında yerləşən, hündürlüyü təxminən 3 min metr olan vulkan bir neçə aydır ki, püskürmür.
"Report"