AZ   |   RU
Türk Ağsaqqalları Birliyinin rəhbərliyi Şöhlət Afşarın xatirəsini anıb - FOTOLAR

Bu gün Türk Ağsaqqalları Birliyinin (TAİB) rəhbərliyi Təşkilat Komitəsinin Türkiyədə vəfat etmiş üzvü Şöhlət Afşarın xatirəsini anıb.
 
Missiya.Az
xəbər verir ki, anım tədbiri TAİB-in ofisində baş tutub.
 
Tədbirdə çıxış edənlər Şöhlət Afşarın bədii yaradıcılığından, Türk Dünyasının və TAİB-in inkişafındakı rolundan danışıblar. Bildirilib ki, Şöhlət Afşar Türk Ağsaqqalları Birliyinin fəaliyyətində mühüm rol onayıb, Təşkilatın inkişafına böyük töhfə verib.
 
Çıxışlardan sonra dəfn mərasimində iştirak edəcək  nümayəndə heyəti müəyyənləşdirilib.
 
Qeyd edək ki, Türk Ağsaqqallar Birliyinin Təşkilat Komitəsinin üzvü, Dünya Avşarlar Birliyinin Azərbaycan təmsilçisi, şair-publisist Şöhlət Afşar Türkiyənin Adana şəhər xəstəxanasında ötən gün ürək tutmasından dünyasını dəyişib. Şöhlət Afşarın cənazəsi bu gün Ankaradan Bakıya gətiriləcək.
 
Dəfn mərasimi fevralın 8-də Şöhlət Afşarın doğulduğu Ağcəbədi rayonunda baş tutacaq. TAİB rəhbərliyi Şöhlət Afşarın dəfn mərasimində yüksək səviyyədə iştirak edəcək.
 
Allah rəhmət eləsin!



 
 
 

  • 7-02-2022, 15:53