AZ   |   RU
Baş nazirdən dövlət satınalmaları barədə - Qərar

Baş nazir Əli Əsədov “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə qərarı imzalayıb.

Missiya.Az xəbər verir ki, sənədə əsasən, “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş hədlərdə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini altı ay müddətində təmin etsinlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Qərarla təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına və “Dövlət satınalmalarının vahid internet portalı haqqında” Əsasnaməyə uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.

Bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri








  • 31-01-2022, 22:58