Hollandiyada yaşayan türk əsilli Dilarə Şahin xəstəxanada müalicə olunarkən komaya düşüb. Həkimlər Dilarə Şahinin ailəsinə bildiriblər ki, onun yaşaması üçün heç bir ümid qalmayıb və aparatdan ayıracağıq.
Missiya.Az xəbər verir ki, çarəsiz qalan ata Oğuz Şahin
“A Haber” vasitəsilə prezident Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.
“Mənim qızım hazırda ölüm döşəyində yatır. Hollandiyada onun yerləşdirildiyi xəstəxanın həkimləri qərara gəliblər ki, çərşənbə axşamı saat 4-də qızımı aparatdan ayıracaqlar. Həkimlər bildiriblər ki, edəcəkləri heç bir şey yoxdur. Prezident Rəcəb Tayyip Ərdoğandan qızımı Türkiyəyə gətirməyini xahiş edirəm. Tək ümidimiz odur. Prezidentimiz nə desə mən ona razıyam”.
Ərdoğan komaya düşən qızın atasının köməklik istəyinə müsbət cavab verib.
Ərdoğanın göstərişi ilə Səhiyyə Nazirliyi Dilarə Şahini Türkiyəyə gətirmək üçün Hollandiyaya təcili yardım təyyarəsi göndərib. Dilarə Şahin təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilib və Ersek Sinə və Ürək Damar Cərrahiyyəsi Təhsil və Araşdırma xəstəxanasına yerləşdirilib. Həkim bildirib ki, Dilarə Şahinin ağciyərində çox ciddi problemlər var və ECMO ağciyər aparatına qoşulub, hazırda təzyiqi stabildir.
Səhiyyə naziri Fahrettin Koca Dilarə Şahinin atasına zəng edərək şəfa diləyib.
Fahrettin Koca bildirib ki, Dilarə Şahinin sağalması üçün dua edəcəklər.
“Prezidentimizdə hər şeylə yaxından maraqlanır. Məndə tez-tez məlumat alıram. Allah şəfa versin".
Qızın atası Oğuz Şahin “A Haber”in canlı yayımında prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
"Çox xoşbəxtəm. Rəisimiz səsimizi eşitdi. Bu göstərdi ki, biz tək deyilik. Dualarım qəbul oldu".
Sevinc HüseynovaMissiya.Az