AZ   |   RU
Kanada Ukraynadakı səfirlik işçilərinin bir hissəsini geri çağırır
Kanada hökuməti Ukraynadakı səfirlik əməkdaşlarının bir hissəsini geri çağırmaq qərarına gəlib.

Missiya.Az xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanaında deyilir.

Bildirilir ki, hökumət diplomatların ailələrinin və Kiyevdəki səfirliyinin əməkdaşlarının bir qismini geri çağırmaq qərarına gəlib.

Vurğulanıb ki, Ukraynadakı vəziyyət diqqətlə izlənilir, eyni zamanda Kanada vətəndaşlarının təhlükəsizliyi Ottava üçün əsas prioritet olaraq qalır.

"Rəsmilərimiz lazım gəldikdə Kanada vətəndaşlarına konsulluq yardımı göstərməyə hazırdır. Kanadanın Ukraynadakı səfirliyi açıq olaraq qalır", - məlumatda deyilir.

  • 30-01-2022, 23:13