Fransa lazım gələrsə, NATO missiyasının mümkün genişləndirilməsi çərçivəsində bir neçə yüz əsgərini Rumıniyaya göndərməyə hazırdır.
Missiya.Az xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələrinin rəisi Florens Parli Frans "İnter" radiosunun efirində bildirib.
"Biz NATO-nun müvafiq qərarı ilə Rumıniyada - Ukrayna ilə həmsərhəd ölkədə ordumuzu yerləşdirməyə hazırıq", - Parli deyib.
Silahlı Qüvvələrin rəisi xatırladıb ki, o, bu məsələni müzakirə etmək üçün Buxarestə səfər edib.
"Biz bu məsələni rumıniyalı tərəfdaşlarımızla müzakirə etdik. Yaxın vaxtlarda bu məsələ ilə bağlı NATO üzvləri ilə görüş keçirməliyik", - Parli əlavə edib.