ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik məsələlərinə cavabdeh olan administrasiya rəsmiləri ilə görüş keçirib və onlarla Ukrayna ətrafındakı vəziyyəti, Rusiya ilə diplomatik əlaqələri müzakirə edib.
Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Xüsusilə, Baydenə Ukrayna ilə sərhəddə həyata keçirilən Rusiya hərbi əməliyyatlarının hazırkı vəziyyəti haqqında məlumat verilib.
O, administrasiya rəsmiləri ilə diplomatiya yolu ilə vəziyyətin gərginliyini azaltmaq üçün davam edən səyləri, həmçinin müttəfiqlər və tərəfdaşlar tərəfindən yaxından əlaqələndirilən bir sıra tədbirləri, o cümlədən Ukraynaya təhlükəsizlik yardımının davamlı çatdırılmasını müzakirə edib.
“Prezident Bayden təkrar etdi ki, Rusiya Ukraynaya növbəti hərbi müdaxilə edərsə, Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiya üçün sürətli və ağır nəticələri təmin edəcək”, - məlumatda deyilir.