AZ   |   RU
Almatıda 20 nəfərdən ibarət silahlı dəstə saxlanılıb

Qazaxıstanın Almatı şəhərində 20-dən çox silahlı şəxs saxlanılıb.

Missiya.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb.

Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir. Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.


  • 9-01-2022, 12:39