AZ   |   RU
Ukraynada azərbaycanlı qətlə yetirildi - ÖZƏL/FOTOLAR
Ukraynada yaşayan Azərbaycan vətəndaşı Cavanşir Məmmədzadə qətlə yetirilib.

Bu barədə Missiya.Az-a Ukraynada yaşayan jurnalist İdrak Camalbəyli məlumat verib. 

Hadisə ötən axşam  Kiyevin mikrorayon Troyeşin adlandırılan ərazisində "Vodoley" restoranının qarşısında qeydə alınıb. Məlumata görə, Cavanşir Məmmədzadənin ürək nahiyyəsindən 3 bıçaq zərbəsi endirilib. Cavanşir Məmmədzadə hadisə yerində dünyasını dəyişib. 

Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil.




  • 8-01-2022, 15:31