AZ   |   RU
Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Söhbət zamanı Azərbaycan–Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.


  • 8-01-2022, 15:00