AZ   |   RU
NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Missiya.Az bu barədə TASS-a istinadən xəbər verir.

Nazirlər zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər.

Qeyd edək ki, NATO xarici işlər nazirlərinin videokonfrans formatında fövqəladə iclası keçirilib.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.


  • 7-01-2022, 21:08