Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.
Missiya.Az xəbər verir ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün
34 185 789,50 manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün
12 613 948,01 manat, borc öhdəliklərinin qarşılanması üçün
5 687 318,37 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə
707 530,51 manat sərf olunub.
Qeyd edək ki, indiyədək fondda
66 340 818,12 manat toplanıb. Vəsaitin
52 658 087,65 manatı xərclənib.
Vəsaitin qalığı isə
13 682 730,47 manatdır.