AZ   |   RU
Azərbaycanda son gündə koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 600 151 nəfər müalicə olunaraq sağalıb, 8 365 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 444, bu günə qədər isə ümumilikdə 5 870 329 test icra olunub.




  • 1-01-2022, 20:29