Hazırda Türkiyədə müalicə edilən ikinci Qarabağ müharibəsi qaziləri ailə üzvləri ilə görüşüblər.Bu barədə
Missiya.Az “Haber Global”a istinadən xəbər verir
Bununla bağlı hazırlanan süjetdə qeyd edilir ki, Azərbaycan 44 gün davam edən İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurub. Cəbhəyə axışan minlərlə əsgər Vətən uğrunda döyüşlərdə yaralanaraq qazi olub. “Azərbaycanlı qazilərin bir qismi Türkiyədə müalicə alır. Bəziləri çoxdandır ki, buradadır. Yeni il qabağı onlara sürpriz edilib - ailələri ilə görüşüblər”.