Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.
Missiya.Az xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.
K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.
Qeyd edək ki, prokurorluq və polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.