AZ   |   RU
“Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib
 
YAP Xətai rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib.

Missiya.Az xəbər verir ki, tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 18 ilin uğurlarından saatlarla, günlərlə danışmaq olar: “Bunların ümumiləşdirilmiş ifadəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarix Zəfərimizdir. 44 gündə əsrlərlə danışılacaq tarix yazıldı. O tarix ki, xalqımız 30 ilə yaxın dövrdə bu günün həsrəti ilə yaşayır, hər zaman bu inam ifadə edirdi ki, Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ərazi bütövlüyümüzü təmin edəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Təbii ki, bu inam dövlət başçısının dövlətinə, xalqına bağlılığına, hər zaman Azərbaycanın gələcəyini düşünməsinə, bu istiqamətdə gördüyü işlərə və ən yüksək tribunalardan bəyan etdiyi müstəqil siyasətimizə və haqq səsimizə əsaslanırdı. Bu gün torpaqlarımızın azadlığa qovuşmasından qürur duyuruq. Bu Zəfərin müəllifi dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusudur”.




Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, son 18 ildə Azərbaycanın siması tamamilə dəyişib: “Dövlət başçısı İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində paytaxt və bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Bu gün Azərbaycanın hər bir bölgəsi, kənd və qəsəbəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xətai rayonunun timsalında görülən işlərin miqyasının nə qədər böyük olduğunu böyük fəxr hissi ilə qeyd edə bilərik”.




Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov çıxışında bildirib ki, tarixi Zəfərimizin arxasında xalqımızın iradəsi dayanır. S.Seyidov Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində möhkəm əlaqələrindən geniş bəhs edərək bildirib ki, bunlar Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir.

Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev çıxışnda əsas diqqəti dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərimizə yönəldib. A.Mirzəyev qeyd edib ki, bu gün başımız uca, alnımız açıqdır. Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız azaddır. Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı.

Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon şöbəsinin rəisi Hümbət Əliyev Azərbaycanın bu gün sabit, təhlükəsiz ölkə kimi qazandığı imicdən geniş bəhs edib. Bildirib ki, bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilməsi dayanır.

Xətai rayon ərazisində yerləşən 2 saylı “ASAN xidmət”in direktor müavini Murad Əlizadə çıxışında Azərbaycanın innovasiyalar ölkəsi olmasından bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin daim təkmilləşmədə maraqlı olması və bunu islahatlar kursunu dərinləşdirməklə təsdiqləməsi Azərbaycanın irəliyə doğru irəliləməsində, dövrün tələblərini yüksək səviyyədə yerinə yetirməsində əhəmiyyətli rol oynayır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır ki, bu da dövlətin siyasətinin əsasını təşkil edir.

Konfransda YAP Xətai rayon təşkilatı ilə rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən inşa yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb, onlarla xatirə şəkli çəkdirilib.

Sonda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Azərbaycanın bu gün dünyada özünəməxsus yer tutmasını şərtləndirən amillərdən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyil. Bu, Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin nəticəsidir və bu uğuru qazandıran məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətidir.





Hicran Hüseynova ötən 18 ildə insan hüquq və azadlıqlarının, xüsusilə də qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində görüldən işlərdən bəhs edərək bildirib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, bu sahədə qanunvericilik bazasının və institusional mexanizmlər davamlı olaraq təkmilləşdirilmişdir.





Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov çıxışında bildirib ki, tarixi Zəfərimizin arxasında xalqımızın iradəsi dayanır. S.Seyidov Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində möhkəm əlaqələrindən geniş bəhs edərək bildirib ki, bunlar Prezident İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsidir.

Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev çıxışnda əsas diqqəti dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixi Zəfərimizə yönəldib. A.Mirzəyev qeyd edib ki, bu gün başımız uca, alnımız açıqdır. Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamız azaddır. Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı.

Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon şöbəsinin rəisi Hümbət Əliyev Azərbaycanın bu gün sabit, təhlükəsiz ölkə kimi qazandığı imicdən geniş bəhs edib. Bildirib ki, bütün uğurların təməlində ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilməsi dayanır.

Xətai rayon ərazisində yerləşən 2 saylı “ASAN xidmət”in direktor müavini Murad Əlizadə çıxışında Azərbaycanın innovasiyalar ölkəsi olmasından bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin daim təkmilləşmədə maraqlı olması və bunu islahatlar kursunu dərinləşdirməklə təsdiqləməsi Azərbaycanın irəliyə doğru irəliləməsində, dövrün tələblərini yüksək səviyyədə yerinə yetirməsində əhəmiyyətli rol oynayır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır ki, bu da dövlətin siyasətinin əsasını təşkil edir.

Konfransda YAP Xətai rayon təşkilatı ilə rayonun Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən inşa yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb, onlarla xatirə şəkli çəkdirilib.

Sonda ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.



  • 22-12-2021, 19:33