Qarabağdan başlayan zəfərimiz Brüsseldə davam etdi! Avropanı da fəth etdik, desək, yanılmarıq. Gəlişigözəl sözlər deyi bu. Adi təhlildir. Hamının gözləri qarşısında baş verən, hamının gördüyü, hamının izlədiyi məlum hadisələrin təhlilidir. Və həqiqətən kor olmaq lazımdır ki, bu qədər olayın içindən Qarabağ zəfərinin addımlarını eşitməyəsən, görməyəsən. Qarabağ uğrunda savaş Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Bunu kim hansı tərəfə istəyir, yönəltsin. Yeni savaşdayıq, bilməyənlər bilsin! Zəngəzur uğrunda gedir mübarizə, həm də bu dəfə zəka, siyasət savaşıdır. Brüsseldə əsas müzakirə mövzusu Zəngəzurdan Naxçıvana gedəcəyimiz dəmir yolu xətti oldu. Liderimizi hansı dəyirmi masaya dəvət etdilərsə, başa düşdü. Baş oldu. Ayaq olan bildiyimiz məğlub ölkənin baş nazirinin halına hamı acıdı. Ürəyi Azərbaycanla döyünən bir qisim avropalılardan fərqli olaraq, ürəyi Paşinyan üçün yanan azərbaycanlıları görmək zəfər sevincini boğazımızda düyünlədi. Belə də olur, deyib, üstündən keçdik. Lakin bilməkdə fayda var. Ermənipərəstləri tanımaq xalqımızın haqqı, onları tanıtmaq bizim borcumuzdur.
Dünyanın diqqətinin Azərbaycanın qalib sərkərdəsinə yönəldiyi vaxtda özünü Avropa uşaqları kimi aparan bir qrup internet meymununun hay-həşirini yəqin ki çoxunuz izlədiz. Paşinyana etiraz etmirdilər. Ordumuzun rəşadəti sayəsində diz üstə çökdürülən Ermənistanın imzaladığı kapitulyasiya aktındakı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə bağlı a bircə kəlmə də yox idi. Əksinə, Avropanın təzimlə qarşıladığı liderimizi – İlham Əliyevi hədəf almışdılar. Bunu anladıq. Cahil, səviyyəsi söyüş söyməkdən başqa heç nəyə çatmayan bir qrup internet meymununun beyninin məhsuludur, bu. Bəs illərlə “diplomat” kimi bu ölkəyə xidmət etmiş Arif Məmmədova nə deyəsən? Keçmiş səfir izləyicilərinə deyir ki, Azərbaycan hakimiyyətinə çalışan mediaya qulaq asmayın! Brüsseldə Paşinyanın diplomatiyası qələbə qazandı. Diqqət edək. Deyir ki, məğlub ölkənin baş naziri olsa da, Paşinyanın diplomatiyasına heyran qaldım. Deyir ki, adam Zəngəzurdan keçən dəhlizə erməni kömrük postları qoyacaqmış. Kor olmuş keçmiş səfir demir ki, Paşinyan Avropaya o ümidlə getmişdi ki, ATƏT fəaliyyətini canlandırıb, erməni ictimaiyyətinin tələb etdiyi Qarabağın status məsələsini yenidən gündəmə gətirsin. Heç onu da demir ki, cənab Prezident eynən 44 günlük Vətən müharibəsində olduğu kimi, diplomatik müstəvidə də hücum taktikasına üstünlük verir. Bunun da nəticəsində bu gün danışıqlar masasında Azərbaycan-Ermənistan sərhəd bölgüsü və Zəngəzur dəhlizi kimi mühüm məsələlər dayanır. Müharibədən sonra gündəmə gətirilməsinə cəhd olunan status məsələsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinin vacibliyi barədə deyilənlər, yenə də cənab Prezidentin təbirincə desək, cəhənnəmə gedib, gorbagor olub. Görün indi biz haradan hara gəlmişik. Kor olmuş, səfir bunu da görmürmü?
Dünənə qədər bizi keçmiş Dağlıq Qarabağ və onun ətrafında var-gəl eləmək məcburiyyəti qarşısında qoyanlar, bu gün məhz Prezident İlham Əliyevin proqmatik siyasəti nəticəsində Qarabağdan xeyli uzaqları əhatə edən ərazilərə iddiamızı təmin etməkdən başqa yol qalmadığını qəbul edir və bu istiqamətdə nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına səy göstərirlər. Bu həqiqəti qəbul etməyən varsa, demək ki, ya qərəzlidir, ya da ağlı başında deyil. Eynən keçmiş səfir Arif Məmmədov kimi. Və o, tək deyil. Azərbaycanın 44 günlük Vətən Müharibəsindən sonra diplomatiya müstəvisində də ardıcıl uğurlar qazanmasını görməyənlər sırasında bir çox adlar çəkmək olar. Bu yerdə yenə də Azərbaycan Prezidentinin sözləri yada düşür. “Qarabağ” futbol klubunun təmsilçiləri ilə görüşündə necə demişdi? Hə, elə belə: Bu korları necə yığıb doldurubalar bura?
Arif Məmmədov deyir ki, Paşinyan elə bir diplomatiya nümayiş etdirdi ki, Avropa ona 3 milyard ayırdı, Azərbaycana isə cəmi 500 milyon. Bir səfir bu qədər gerizəkalı ola bilməz! Təbii ki, Arif Məmmədov öz dediyinə özü də inanmır! Sədəcə rəqəmlərlə manipulyasiya edir, publikya işləməyə cəhd göstərr. O gözəl anlayır ki, yardım məsələlərində Azərbaycanla Ermənistanı eyniləşdirmək olmaz! Ermənistan iqtisadiyyatı, ordusu, idarəçiliyi tamamilə çökmüş bir dövlətdir! Təbii ki. onun ehtiyacları daha çoxdur.
Və sonda Paşinyanın diplomatik “qələbəsini” vəsf edənlərə!Siz Allah, Brüsseldə Paşinyanı görən oldumu? Hansı qələbədən söhbət gedir?
Məğlub ölkənin baş naziri, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək məcburiyyətində qalan Paşinyan, orada da dondurması əlindən alınmış uşaq vəziyyəinə salındı. Belə bir adamı özünə lider görənlər, Avropada, Amerikada yaşamaqdansa, yazılı müraciət edin, yol açıqdır, gedin olun, Paşinyanın vətəndaşı!
Siz Vətən daşı ola bilmədiz!Lamiyə RövşənqızıMissiya TV/Missiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.