AZ   |   RU
Bu pensiyalar 20 faiz artırılır
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutur.

Belə ki, hazırda 200 manat olan minimum əmək pensiyası 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq, 240 manata çatdırılacaq.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

  • 20-12-2021, 21:44