AZ   |   RU
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfindən bütün növ avtomobillər üçün bağlanıb.

Bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb. Qeyd olunur ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq əhəmiyyətli avtomobil yolunun Mleta-Qudauri və Qudauri-Kobi hissələrində qar uçqunu təhlükəsi səbəbindən bütün avtomobillər üçün hərəkət bağlanıb.

Hazırda bu ərazilərə qar yağıb.

“Qafqazinfo”

 

  • 20-12-2021, 21:12