AZ   |   RU
Estetik əməliyyatlar: Hansı halda ağır fəsadlar verir?

"Son zamanlar plastik cərrahiyyə əməliyyatlarının sayı artıb. Bu, plastik, rekonstruktiv cərrahiyyənin yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir".


Bu barədə tanınmış həkim, professor Adil Qeybulla Missiya.Az-a danışıb. 


Həkimin sözlərinə görə, hazırki dövrdə belə əməliyyatlara müraciət edən kişilərin də sayı az deyil. Lakin, qadınların sosial həyatda çəkisi artdıqca belə əməliyyatlara tələbat da artır. 


"Düşünürəm ki, bu da bir dövrdür. Məsələn, xaricdə insanlar bu qədər estetik əməliyyata baş vurmurlar, nəyinki bizdə".


Həkim qeyd edib ki, estetik əməliyyatlar müəyyən dərəcədə risk də tələb edir. Çünki, bu əməliyyatlar müxtəlif xəstələrdə aparılır və bəzilərində müəyyən problemlər və yanaşı xəstəliklər olur. 

"Bəzi xəstələrdə uzun sürəli anesteziya altında ağırlaşma özünü göstərir. Onların müəyyən bir qismi reablitasiya dövrünü xəstəxanada az keçirir və evdə müalicə qəbul etmirlər. Məsələn, liposaksiya, kontur plastikasında xəstələr həddən artıq piy elektrolitlər və maye itirir və bu orqanizmdə bərpa da olumalıdır".


A.Qeybulla bu əməliyyatlarda bağlı klinik protokolların da yetərli olmadığını vurğulayıb.


"Bu ağırlaşmaların çoxu da məhz yetərsiz protokollarla bağlıdır. Həkimlərə də əsas məsləhət odur ki, hər bir xəstənin istər stasionarda, istərsə də ambulator qaydada müalicəsi zamanı keçirdiyi əməliyyatın ağırlığına uyğun fərdi reablitasiyasını keçirsinlər", - A.Qeybulla əlavə edib.



İlahə Qənbərli
Missiya.Az





  • Bu gün, 10:50