AZ   |   RU
Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb - FOTO

 

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, ilkin mərhələdə Kolatağ kəndinə 26 ailə (89 nəfər) köçürülür.

Kolatağa köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Kəndə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) köçürülür.




  • Bu gün, 12:11