AZ   |   RU
“Azərbaycan və Ermənistan arasında sülhü alqışlayırıq” - İranın birinci vitse-prezidenti

“İran bölgədə sülhün, sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb”.


Missiya.Az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Qırğızıstanda keçirilən Avropa İqtisadi İttifaqının (Aİİ) iclasında çıxışı zamanı deyib.


O bildirib ki, Tehran ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:50