AZ   |   RU
Türkiyədə mədən qəzasında xəsarət alanların sayı artıb
Türkiyənin İzmir vilayətində kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı artıb.

Missiya.Az
bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya istinadən xəbər verir.

Nazir özünün tviterdəki hesabında yaralı sayının 45 nəfərə çatdığını bildirib.

“İzmirdə, Kınıkda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınıkda, 6 nəfər Berqamada, 21 nəfər isə Soma Dövlət Xəstəxanasında müalicə olunur. Hadisə yerinə 14 təcili yardım maşını, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu), ümumilikdə 48 səhiyyə işçisi ayrılıb”, - Fahrettin Koca sosial şəbəkədəki hesabında yazıb.

Hadisə ilə bağlı ilkin məlumatda qeyd edilirdi ki, mədəndə partlayış baş verib. Qəza zamanı mədəndə 50-yə yaxın işçi olub, onlardan bəziləri zəhərlənib. Mədən qəzası zamanı ölən olmayıb. 

Əraziyə İzmir və Manisa vilayətlərinin təcili tibbi yardım briqadaları cəlb edilib.

  • 19-12-2021, 09:46