AZ   |   RU
Səhiyyə Nazirliyi sənədsiz istifadə olunan botoks və dolğularla bağlı xəbərdarlıq edib

 

Tibbi və kosmetoloji prosedurları yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər icra etməlidir.

Missiya.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) xəbərdarlıq yayıb.

Bildirilib ki, bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur.

"Nazirlər Kabinetinin qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır", - məlumatda qeyd olunub.




  • Bu gün, 16:40