AZ   |   RU
ABŞ-nin borcu rekord həddə çatıb - 37 trilyon dollar

ABŞ-nin dövlət borcu ilk dəfə 37 trilyon dollar həddinə çatıb.


Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, 2026-cı ilin fevral ayına qədər bu borc daha 1 trilyon dollar artacaq.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı kriptovalyutalar vasitəsilə Amerikanın milli borcunu azaltmağa söz verib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:17