
2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.
Bu barədə hüquqşünas Əkrəm Həsənov Missiya.Az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, inflyasiyanın cüzi azalması məhsul və xidmət göstəricilərində o qədər də hiss edilmir:
"Statistik olaraq baxsaq, iyun ayı üzrə 6,3%-dən 6 faizə enişi bununla izah edə bilərik ki, qiymət artımı var. Lakin əvvəlki göstəricilər ilə müqayisə cüzi qədərdir. Belə cüzi dəyişikliklərdə adətən statistik səhvlər də ola bilir. Buna baxmayaraq, müvafiq aylarda digər aylarla müqayisədə o qədər də qiymət artımı müşahidə olunmur".
Əkrəm Həsənov onu da bildirdi ki, yay aylarında qida məhsullarına xərclər nisbətən az olur. Çünki, qida məhsulları daha az yeyilir və daha çox meyvə tərəvəz istifadəsi müşahidə olunur. Ət və digər qida məhsulları digər mövsümlərə nisbətdə daha az istehlak olunur.
"Qeyd etmək lazımdır ki, hazırki cüzi inflyasiya göstəriciləri o qədər də böyük dəyişiklik yaratmır. Sonrakı aylardakı statistik göstəricilər bu haqda daha ətraflı danışmağa imkan verəcək".- Ə.Həsənov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az