AZ   |   RU
İspaniyada müsəlmanların bir yerə toplaşması qadağan edildi


İspaniyanın cənub-şərqində Ramazan bayramı və Qurban bayramını qeyd etmək üçün vətəndaşların bir araya gəlməsi qadağan edilib.


Missiya.Az "theguardian.com"a istinadən xəbər verir ki, Xumilla şəhərində həyata keçirilən bu qadağa İspaniyada bir ilkdir.  


Qərar, yerli müsəlmanların birgə namaz qıldığı bələdiyyə obyektlərindən istifadə qaydalarının dəyişdirilməsini nəzərdə tutur.


Qeyd edək ki, Xumilyanın təxminən 27 min əhalisi var, onların 7,5%-i əsasən müsəlman ölkələrindəndir.



İlahə Qənbərli
Missiya.Az






  • Dünən, 10:50