AZ   |   RU
Azərbaycanda 7 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 24 % az icra edilib

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edib.

Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 24,2 % az icra edilib.

Bundan başqa, 7 ay ərzində büdcəyə sair daxilolmalar isə 488 milyon manat olub ki, bu da proqnozdan 3 dəfə çoxdur.




  • Bu gün, 16:46