AZ   |   RU
Ermənistan təsdiqlədi: Paşinyan Vaşinqtonda Tramp və İlham Əliyevlə görüşəcək

Avqustun 7-8-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə səfər edəcək. 


Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.


Vaşinqtonda Baş nazir Paşinyan ABŞ Prezidenti Donald Tramp ilə Ermənistan-ABŞ strateji tərəfdaşlığının təşviqi ilə bağlı ikitərəfli görüş keçirəcək. 


Eyni zamanda, Ermənistanın Baş naziri, ABŞ Prezidenti və Azərbaycan Prezidenti İlham Əliyev arasında regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə üçtərəfli görüş də baş tutacaq.




Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 09:24