AZ   |   RU
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya hücum edib

Rusiya Rumıniya sərhədi yaxınlığında Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.


Bildirilib ki, hücum dronlar vasitəsilə həyata keçirilib.


Qeyd olunub ki, avqustun 6-na keçən gecə Rusiya Rumıniya sərhədi yaxınlığındakı Odessa vilayətində qaz infrastrukturu obyektinə məqsədyönlü hücum həyata keçirib.


“Bu, Rusiyanın sırf mülki infrastruktura, energetikaya, eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşları ilə münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı endirdiyi zərbədir”, - deyə vurğulanıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:54