AZ   |   RU
Mirzoyan da ABŞ-yə səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.


Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlama yayıb.


O bildirib ki, Mirzoyan Baş nazir Nikol Paşinyanın rəhbərlik nümayəndə heyətinin tərkibində Vaşinqtonda səfərdə olacaq.


Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ABŞ-yə işgüzar səfərə yollanıb.


“The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.



  • Bu gün, 18:57