AZ   |   RU
“Tramp tezliklə Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyacaq” - Amerikalı konqresmen

“ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır”.


Missiya.Az xəbər verir ki, bunu amerikalı konqresmen Co Vilson özünün “X” sosial media hesabında yazıb.


Siyasətçi həmçinin sülhməramlı fəaliyyətinə görə Amerika liderinə Nobel Sülh Mükafatının verilməsinə çağırıb. 


Onun sözlərinə görə, Ağ Ev rəhbəri artıq dünyadakı bir çox münaqişələri dayandırıb:


"Donald Tramp kimi sülhməramlı Prezident heç vaxt olmayıb. Amerika lideri Konqo və Ruanda, Tailand və Kamboca, Pakistan və Hindistan, o cümlədən tezliklə Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoyacaq. Tramp buna görə, Nobel Sülh Mükafatına layiqdir!”, - deyə Vilson vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:59