AZ   |   RU
Netanyahu Qəzza planına görə Baş Qərargah rəisinə qəzəbləndi - "İşğal ilə razı deyilsinizsə, istefa verin"

“İsrailin Baş naziri Benyamin Netanyahu Baş Qərargah rəisi Eyal Zamirə bütün Qəzza zolağının işğalı planı ilə razı deyilsinizsə, istefaya getməlisiniz deyə mesaj verib.


Missiya.Az xəbər verir ki, bu barədə Netanyahunun ofisinin adı açıqlanmayan nümayəndəsi “Jerusalem Post” qəzetinə müsahibəsi zamanı məlumat verib.


Onun sözlərinə görə, Netanyahu bütün Qəzza zolağının işğalına qərar verib.


Adı açıqlanmayan mənbə bu qərara uyğun olaraq qurudan hücumların planlaşdırıldığını və israilli məhbusların saxlandığı düşünülən yerlərin işğal edildiyini bildirib.


Mənbə qeyd edib ki, Zamir Netanyahunun bütün Qəzzanı işğal etmək planına qarşıdır.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:53