AZ   |   RU
Ermənistan Prezidenti Gürcüstanın Baş naziri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin konfransı çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşüb. 


Missiya.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə Gürcüstan və Ermənistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, eləcə də regionda gedən proseslərə toxunulub.


İrakli Kobaxidze bildirib ki, Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatı irəliyə doğru atılan mühüm addımdır. O, Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda davamlı sülhün bərqərar olunmasına töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:57