AZ   |   RU
Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişi üzrə anlaşma memorandumu imzalayacaq

Avqustun 8-də Azərbaycan və Ermənistan Vaşinqtonda sülhə nail olmaq üçün anlaşma memorandumu imzalayacaq.


Missiya.Az xəbər verir ki, məlumatı “Middle East Eye” saytına müsahibə verən bölgə mənbələri təsdiqləyib.


Bildirilib ki, cümə günü ABŞ Prezidenti Donald Tramp tərəflər arasında anlaşma memorandumunun imzalanma mərasimi üçün Ağ Evdə Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:22