AZ   |   RU
Ukrayna PUA-ları Rusiyada dəmir yolu stansiyasını vurdular - Qatarlar dayanıb, ərazidəki binalar yanıb


 Rusiyanın Volqoqrad vilayətində avqustun 4-nə keçən gecə Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində qatarların hərəkəti dayandırılıb, 

Missiya.Az Rusiya mediasına istinadən xəbəır verir ki, bu barədə  Volqa Dəmir Yolunun mətbuat  xidməti məlumat yayıb. Məlumata görə,  PUA zərbələri nəticəsində Frolovo şəhərinin Arçeda stansiyasında güclü yanğın baş verib. Bu səbəbdən qatarların hərəkəti dayandırılıb.  Moskva - Volqoqrad, Volqoqrad - Sankt-Peterburq, Sankt-Peterburq - Volqoqrad, Saratov - Imeretinsky Kurort və Aleksikovodan şəhərətrafı Qatar reyslərininb hərəkətində məhdudiyyət yaranıb. Nəticələrin aradan qaldırılması üçün Volqa Dəmir Yolunda operativ qərargah işləyir.

 

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, hücum nəticəsində stansiyadakı  “texniki bina” yanıb, yaxınlıqdakı iki yaşayış binasının da şüşələri sınıb. 

 

Elcan

Missiya.Az




  • Bu gün, 11:56