AZ   |   RU
Putinlə Zelenski görüşə bilər - Amma bu şərtlə...

"Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilər"


Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.


"Belə bir ehtimal istisna edilmir, lakin görüş yalnız ilkin iş aparılarsa mümkündür. Xatırlatmaq istərdim ki, Putinin özü ekspertlər səviyyəsində işin zəruri hissəsi başa çatdıqdan və müvafiq məsafə qət edildikdən sonra belə bir görüşün keçirilə biləcəyini istisna etmir”, - Peskov bildirib.


Kreml sözçüsü, “işin zəruri hissəsi” və ya qət edilməli olan “məsafə” dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 14:51