AZ   |   RU
Ərdoğan Ukraynaya səfər edəcək

“Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlaşır”.


Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBC-Ukrayna”ya müsahibəsində məlumat verib.


Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi Ərdoğanın Kiyevə səfərinin təşkili üzərində fəal işləyir. 


Diplomat bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğana şəxsi dəvət göndərib və Türkiyə lideri bu dəvəti qəbul edib.


"Bu səfər əhəmiyyətli səy tələb edir, çünki onun həyata keçirilməsinə mane olan bir çox məsələlər var", - deyə Cəlal vurğulayıb.


Diplomat həmçinin qeyd edib ki, səfərin əsas mövzusu Ukrayna və Türkiyə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.


Cəlal bəyan edib ki, bu sənəd həm strateji tərəfdaşlıq, həm də Ukrayna biznesinin əhəmiyyətli hissəsi üçün vacibdir:


"Zelenskinin dəvəti çox sadədir: Türkiyə azad ticarət sazişinin imzalanmasında maraqlıdır. Bu razılaşma biznesimizin əhəmiyyətli bir hissəsi üçün də vacibdir, baxmayaraq ki, bəziləri üçün rəqabətin artması səbəbindən gərginlik yarada bilər. Lakin bu, siyasi qərardır", - deyə diplomat əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:31