AZ   |   RU
"Ukraynalı qaçqınlar müharibə bitənə qədər Amerikada qala bilərlər"- Tramp

ABŞ Prezidenti Donald Tramp vətənlərində davam edən müharibədən qaçan və ABŞ-yə sığınan Ukrayna vətəndaşlarına münaqişə bitənə qədər ölkədə qalmağa icazə veriləcəyini bəyan edib. 


Missiya.Az xəbər verir ki, bu barədə "RBC Ukraine" məlumat yayıb. 


"Ukraynadan gələn çoxlu insanımız var və biz onlarla işləyirik", - Tramp Ağ Evdə jurnalistlərə deyib.


Qeyd edək ki, Tramp vəzifəyə gəldikdən sonra ABŞ-də yaşamaq icazəsi verən əvvəlki administrasiyanın təqdim etdiyi proqramlar da daxil olmaqla, immiqrasiyaya yanaşmasını sərtləşdirib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Dünən, 10:12