AZ   |   RU
Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham etdi


Tailand ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edib. 


Missiya.Az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi Tailand ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.


"Atəşkəs elanından sonra, Fu Makua bölgəsində Kamboca tərəfinin yaratdığı iğtişaşlar barədə xəbərlər gəldi və bu, iki tərəf arasında bu səhərə qədər davam edən atışma ilə nəticələndi", - AFP ordu sözçüsü Riç Souksuvanondan sitat gətirib.



Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində döyüşlər başlayıb, nəticədə hər iki tərəfdə ölən və yaralananlar olub. İyulun 28-də isə iki ölkə atəşkəs barədə rəsmi razılığa gəliblər.



Nurlana Əhmədova
Missiya.Az




  • Bu gün, 09:31