AZ   |   RU
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacağını AÇIQLADI


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Ukrayna ilə barışıq əldə etmək üçün verdiyi 50 günlük müddəti azaldacağını bildirib. 


Missiya.Az xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında deyib. 


"Prezident Putindən məyus oldum. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Ona görə də ona verdiyim 50 günü daha da azaldacağam"- deyə Tramp bildirib. 


Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:57