AZ   |   RU
Putin Ərdoğanla danışmaq niyyətində deyil - Kreml

“Rusiya Prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla danışmaq niyyətində deyil, lakin bunu tez bir zamanda həll etmək olar”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


"Prezident Ərdoğanla hələlik qrafik üzrə heç bir söhbət yoxdur. Amma türk dostlarımızla sözün əsl mənasında bir neçə saat ərzində ən yüksək səviyyədə danışıqları əlaqələndirmək imkanımız var", - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, bundan əvvəl Ərdoğan İstanbulda Putin və ABŞ Prezidenti Donald Trampla mümkün görüşü müzakirə edəcəyini bildirib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:40