AZ   |   RU
Türkiyədə Putin və Tramp arasında görüş planlaşdırılmır - Kreml

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında Türkiyədə görüş planlaşdırılmır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


Onun sözlərinə görə, bəyanat sadəcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsidir. 


Peskov bildirib ki, Kreml Putin və Tramp arasında görüşə hazırlaşmır, çünki bu məsələdə razılaşdırılmış təmaslar yoxdur.


Qeyd edək ki, bundan əvvəl Ərdoğan bəyan edib ki, Putin və Trampı İstanbulda bir araya gətirməyə çalışacağam.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:02