AZ   |   RU
Ağsuda aptekdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.


Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.


Vurğulanıb ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb.


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.



  • Bu gün, 14:28